Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kosmetik vasitələrin ölkəyə gətirilməsinin qarşısı alınıb

125 Baxış

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Biləsuvar gömrük postunda İran İslam Respublikasından gələn MAN markalı yük avtomobili saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

Bu barədə DGK xəbər yayıb.

Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Yoxlama zamanı, nəqliyyat vasitəsinin salonunda-yataq yerinin altındakı soyuducunun arxa hissəsində olan boşluqda, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə gömrük nəzarətindən gizlədilən 60 qutu kosmetik preparat aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678