Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıdakı qeyri-adi piyada keçidi ilə bağlı qurumlar hərəkətə keçdi – FOTO

117 Baxış

Ötən gün sosial şəbəkələrdə “Şamaxı yolu” adlanan ərazidə, daha dəqiq 20 Yanvar küçəsi ilə Asif Məhərəmov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində qüsurun olması ilə bağlı məlumat yayılıb.

Belə ki, piyada zolağı yolun bir tərəfində dekorativ kollara doğru çəkilib. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq. 

Oxu.Az-ın sorğusuna cavab olaraq Agentlikdən bildirilib ki, məsələ ilə bağlı aidiyyəti şöbəsinə məlumat verilərək problem nəzarətə götürülüb.

“Bu gün səhər saatlarında agentliyin Şəhər yollarının istismarı və təmiri şöbəsinin rəisi, həmçinin Bakı Nəqliyyat Agentliyinin məsul şəxsi ərazidə olaraq problemlə yerindəcə tanış olublar və sözügedən qüsurun aradan qaldırılması üçün tapşırıqlar verilib.

Qeyd edilən ərazidə problemin aradan qaldırılması üçün atılacaq addımlar barədə yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678