Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İnsanların narazılığına səbəb olan poliqonunda son vəziyyət – FOTO

120 Baxış

Şəkidə tullantıların idarə edilməsi poliqonuna daha öncə qeyd edilən problemlərin həllinə nəzarət üçün baxış keçirilib.

Oxu.Az xəbər verir ki, bu barədə “Ecofront” səhifəsi paylaşım edib.

Məlumatda bildirilib ki, qısa vaxtda xeyli iş görülüb: 
– ərazinin girişi və əsas yolu təmizlənib; 
– tullantıların yandırılması dayandırılıb, bir daha edilməyəcəyini deyilib; 
– ətrafda mal qara gözə dəymir və davamlı nəzarət ediləcək;
– 1 hektara yaxın yeni uyğun ərazi ayrılıb yaxınlıqda. Daha öncə cınqıl daşınmış böyük çuxur işləri xeyli rahatlaşdıracaq.

Görülməli işlər isə aşağıdakılardır:

– poliqonun maddi texniki bazası gücləndirilməlidir, tullantı təpələrini sıyırmaq, presləmək və basdırmaq üçün ağır texnika lazımdır.

– poliqonun ətrafı kanallar təmizlənməli, ətrafına “Giriş qadağandır” və “Tullantı atmaq qadağandır” nişanları qoyulmalıdır.

– çeşidləmə potensialını artırmaq üçün konteynerlərlə təmin etmək və daha yaxşı üsullar mexanizmlər fikirləşmək olar. Çeşidlənib təkrar emal edilə biləcək tullantıların çox az bir hissəsi çeşidlənib ayrıla bilir. 

– işçilər üçün normal iş şəraiti yaradılması vacibdir. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678