Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakı sakinini döyərək pulunu və avtomobilini əlindən alan şəxs tutulub

114 Baxış

Paytaxt sakininə qarşı quldurluq edilib. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsinə bir şəxsin Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Alıyevi döyərək “KİA” markalı avtomobilini, 350 manat pulunu və mobil telefonunu alması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini H.Kərimli müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678