Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Paul & Shark”: Gündəlik geyimin yeni zirvəsi – FOTO

133 Baxış

“Paul & Shark” brendi 60 ildən artıqdır ki, aktiv həyat tərzini sevən və yalnız yüksək keyfiyyəti seçən insanların qarderobunda yer tutur. Məşhur loqosu ilə tanınan və yalnız İtaliyada istehsal olunan brend innovativ texnologiyalardan istifadə etməklə bərabər, həm də ətraf mühitin qorunmasına diqqət yetirir.

Buna sübut bütövlüklə yalnız təkrar emal edilən materiallardan hazırlanmış gödəkcədir.

“Paul & Shark” brendinin gödəkcələri tam suya davamlıdır, eyni zamanda hava sirkulyasiyası təmin olunur və bu onları son dərəcə rahat edir. “Paul & Shark” həmçinin modellərini Bakı küləyinə uyğun hazırlayır. Brendin innovativ üstünlükləri arasında istifadə olunan parçaların çirki və ləkələri özünə hopdurmama xüsusiyyəti var. Həmçinin ciblərin elektromaqnit dalğalarına qarşı qoruyucu qatı da mövcuddur ki, bu da cibinizdə mobil telefon gəzdirməyinizin sağlamlığınız üçün tamamilə təhlükəsiz olması deməkdir.

İnnovasiyalardan başqa, “Paul & Shark” həm də qüsursuz görünüş rəmzidir.

Brend yalnız parlaq, əlvan çalarlardan istifadə edir, bunların arasında mavi, qırmızı və ağ rənglərə üstünlük verilir. Unutmayaq ki, bütün kolleksiyaların əsas mövzusu, illər boyu dəyişməz qalan dəniz və gəmilərdir. Modellərin tərzi onları həm tətil zamanı, həm də gündəlik həyat üçün uyğun edir. Həmçinin, bütün kolleksiyalarda bir-birinə uyğun modellər var ki, bu da, asanlıqla dəbli obrazlar yaratmağa imkan verir.

Brendin yüksək kefiyyətinin səbəblərindən biri də yalnız təbii materiallardan istifadə edilməsidir.

Məsələn, yaz-yay 2021 kolleksiyası təbii pambıq parçalardan istehsal olunub.

Kolleksiya ilə siz indi rahatlıqla, onlayn kataloq vasitəsilə, tanış olub, sifarişinizi edə bilərsiniz:

https://online.pubhtml5.com/ohsz/wdxr/

Əlaqə nömrəsi: +99451 225 8072


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678