Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ötən gün maşınla vurulan piyada xəstəxanada öldü

115 Baxış

Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. 

Belə ki, aprelin 22-də saat 02:00 radələrində Nəsimi rayonu ərazisində Şəmkir rayon sakini E.Səfərli idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Mahir Abbasovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Nəsimi RPİ tərəfindən araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678