Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sakinlər bələdiyyəyə əmlak vergisi ödəməlidirlər? – VİDEO

109 Baxış

Özəl mülkiyyətə sahib olan vətəndaşlara əmlak vergisi ödəmələri barədə bələdiyyələr tərəfindən bildiriş göndərilir. Bu bildirişlər isə hər ay mənzil tikinti kooperativlərinə (MTK) ödəniş edən vətəndaşların narazılığına səbəb olub.

Məsələ ilə bağlı “ARB Xəbər”ə açıqlama verən ekspert Vüqar Tofiqli MTK-lara ödənilən ödənişlərin qanunsuz, əmlak vergisinin isə qanunla qəbul edilmiş norma olduğunu deyib:

“Özəl mülkiyyətə sahib olan vətəndaşlar qanunvericiliyə əsasən bələdiyyələrə olan əmlak vergisini ödəməlidirlər. MTK o səlahiyyəti müəyyən mənada qanunsuz olaraq mənimsəyib və həyata keçirib. Əslində sözügedən binalarda yaşayan sakinlər özləri “mənzil müştərək
cəmiyyəti” yaratmalı və binanın idarəedilməsi həmin cəmiyyət tərəfindən həyata keçirilməlidir”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678