Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Elmin İnkişafı Fondunun icraçı direktoru Mehriban İmanova gənc alim və tədqiqatçılarla görüşdə – FOTO

114 Baxış

Tarixin hər bir mərhələsində olduğu kimi, günümüzdə də cəmiyyətin aparıcı qüvvəsini məhz gənclər təşkil edir. Buna görə də hər bir dövlət öz gələcəyini etibar edəcəyi gənc nəslin inkişafı üçün müəyyən addımlar atır. 

Azərbaycanda gənclərlə bağlı dövlət siyasətinin mühüm istiqamətlərindən biri də gənclərin elmi və intellektual potensialının artırılmasıdır. Dövlətin gənclər siyasəti ilə bağlı qəbul edilmiş dövlət proqramlarında da bu öz əksini tapıb.

Belə ki, 2015-ci ildə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” və 2017-ci ildə Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı” qəbul edilib. Həmin proqramların əsas məqsəd və vəzifələrindən biri kimi gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi və gənclərin elmə həvəsləndirilməsidir.

Elmin İnkişafı Fondu buna və “Elm haqqında qanun”a uyğun olaraq gənc alimlərin fəaliyyətini stimullaşdırmaq üçün müəyyən qrant müsabiqələri təşkil edir ki, bu müsabiqələrdən biri də Gənc Alim və Tədqiqatçıların 5-ci qrant müsabiqəsidir. Bu müsabiqəyə 2020-ci il 7 avqust – 18 sentyabr tarixləri arasında layihələr qəbul edilib. Qeyd edək ki, layihələr Elmin İnkişafı Fondunun yaratdığı innovativ texnologiya olan “e – QRANT”- “Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” vasitəsilə təqdim edilib. Sənədlərin bu sistem vasitəsilə qəbulu üçün iştirakçılara köməklik göstərilməsi ilə bağlı məsləhət vebinarları keçirilib. Müsabiqədə AMEA-nın elmi institutlarından, müxtəlif ali təhsil müəssisələri və nazirliklərin nəzdindəki tədqiqat mərkəzlərindən olan gənc alim və tədqiqatçılar iştirak ediblər. Təqdim edilmiş layihələr Elmin İnkişafı Fondunun icraçı direksiyası, daimi və müstəqil elmi ekspertlər tərəfindən müsabiqə şərtlərinə uyğunluq dərəcəsi, yerinə yetirilmə imkanları, elmi səviyyəsinə uyğun olaraq qiymətləndirilib. Müsabiqə nəticələri 31 mart 2021-ci il tarixində açıqlanıb, qalib layihələrin siyahısı fondun rəsmi səhifəsində elan edilib.

Elmin İnkişafı Fondunun icraçı direksiyası qalib gəlmiş layihə rəhbərləri ilə görüş keçirib. Gənc alim və tədqiqatçılarla layihə ətrafında müzakirələr aparılıb. Fondun icraçı direktoru Mehriban İmanova bildirib ki, gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsi, onların beynəlxalq aləmə inteqrasiyası, öz yaradıcılıq imkanlarını genişləndirməsi dövlətin aparıcı siyasət istiqamətlərindən biri kimi fondun da fəaliyyətində prioritet istiqamətlərindən birini təşkil edir. Buna uyğun olaraq da, fond tərəfindən müəyyən tədbirlər və müsabiqələr təşkil edilir. M.İmanova gənc alim və mütəxəssislərə elmi fəaliyyətlərində uğurlar arzulayaraq Azərbaycan gənclərinə böyük ümidlər bəslədiyini qeyd etdi. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678