Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“İrşad”dan təhsil işçilərinə xüsusi təklif

283 Baxış

Bizə təhsil verib, yol göstərən, peşələrin ən alisi olan müəllimlər üçün “İrşad”dan maraqlı təklif var.

30 aprel tarixinədək davam edəcək kampaniyada təhsil işçilərinə bütün məhsullar ilkin ödənişsiz, faizsiz və komissiyasız 24 ayadək şərtlərlə təklif edilir. Belə ki, təhsil işçiləri smartfonları 12 aya, hal-hazırda tədrisin onlayn keçirildiyi müddətdə rahat dərs demələri üçün geniş ekranlı notbukları 18 aya, məişət texnikası və TV-ləri isə 24 ayadək əldə edə biləcəklər.

Seçilmiş məhsullarda nağd və ya taksit kartları ilə alışa 50 %-dək endirim də kampaniya daxilində təklif edilir. 

Bu gündən 30 aprel tarixinədək ölkə üzrə fəaliyyət göstərən 37 mağaza şəbəkəsindən təhsil işçilərinə ən yaxın olan “İrşad” mağazasına yaxınlaşmaqla bu kampaniyadan faydalana bilərlər.

Kampaniya ilə bağlı sual yaranarsa və yaxud ətraflı məlumat əldə etmək istəyən olarsa *0171 nömrəsi xidmətinizdədir. 

Artıq 20 ildir Azərbaycanda fəaliyyət göstərən “İrşad” müştərilərə məhsul çeşidi təklifini və xidmət səviyyəsini artırmaq məqsədilə portfelində olan brendlərin, məhsul modellərinin sayını genişləndirib. Sözü gedən müddət ərzində “Rowenta”, “Lenovo”, “Tefal”, “Fakir”, “Panasonic”, “BOSCH” kimi dünyaca məşhur brendlər şirkətlə əməkdaşlığa başlayıb. Şirkət həmçinin “Samsung” və “Xiaomi” brendlərinin Azərbaycanda rəsmi, “HONOR” brendinin isə eksklüziv distribüteridir.

Qeyd edək ki, “İrşad”da mütəmadi olaraq müştərilərin istəyinə uyğun endirim günləri, kampaniyalar keçirilir. www.irshad.az saytını və sosial şəbəkələri izləməklə müştərilər bütün yeniliklərdən xəbərdar olacaqdır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678