Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Məktəbəhazırlıq qruplarında oxuyan neçə uşaq birinci sinfə keçib? – AÇIQLAMA

115 Baxış

“Bu ilin tədris ilində məktəbə hazırlıq qrupunda 104 min uşaq qeydiyyatdan keçib”.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov birinci sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə bildirib.

Onun sözlərinə görə, onlardan 10 minə yaxını rus bölməsində təhsil alan uşaqlardır:

“Artıq Azərbaycan bölməsi üzrə oxuyan 94 min uşağın birinci sinfə keçməsi təmin olunub”.

Nazirlik rəsmisi qeyd edib ki, məktəbəhazırlıq qruplarında oxuyan uşaqların 75 faizinin birinci sinfə avtomatik keçməsi təmin edilib.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678