Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Valideynlərin nəzərinə: Birinci sinfə qəbulla bağlı suallar cavablandırılacaq

113 Baxış

“Paytaxt məktəblərində birinci sinfə qəbulla bağlı vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) “Facebook” səhifəsində suallara cavab veriləcək və müvafiq maarifləndirmə işlərinin aparılacaq”.

Oxu.Az-ın məlumatına görə, bunu İdarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov birinci sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə bildirib.

O qeyd edib ki, BŞTİ-nin “Facebook” səhifəsində aprelin 28, 29 və 30-da valideynləri maraqlandıran suallar cavablandırılacaq:

“Valideynləri düşündürən məsələlərə daha operativ aydınlıq gətirmək və eyni sualı olan valideynlərə ümumi qaydada cavab verilməsinin təmin olunması məqsədlərinə xidmət edir”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678