Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qayınananın vəhşicəsinə döydüyü gəlinlə bağlı dövlət komitəsindən AÇIQLAMA

122 Baxış

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində qadının gəlinini döyməsi faktı ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

Dövlət komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Oxu.Az-a bildirilib ki, videogörüntülərdə qadının fiziki zorakılığa məruz qalması faktı ilə bağlı yerli icra hakimiyyəti nəzdində fəaliyyət göstərən Gender zorakılığına qarşı mübarizə komissiyası və hüquq-mühafizə orqanları ilə birlikdə araşdırmalara başlanılıb.

O vurğulayıb ki, artıq ailə nəzarətə götürülüb:

“Müvafiq olaraq, yerli icra hakimiyyəti nəzdində Gender zorakılığına qarşı mübarizə komissiyası vasitəsilə həmin ailəyə ziyarət təşkil edilir. Daxili İşlər Nazirliyi tərəfindən onlardan izahat alınacaq. Xəsarətlərin qiymətləndirilməsi aparılacaq və komissiya tərəfindən yekun qərar veriləcək”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678