Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Universitetdən nəcib addım: Aztəminatlı tələbələr pulsuz əməliyyat olunurlar – FOTO

112 Baxış

Hər il olduğu kimi bu il də aprelin 28-də Azərbaycan Tibb Universitetində məşhur oftalmoloq, akademik Zərifə Əliyevanın ad gününə həsr olunmuş humanitar xeyriyyə aksiyasına start verilib.

ATU-dan verilən məlumata görə, ATU rektoru professor Gəray Gəraybəyli və oftalmoloq həkim Qurban İsmayılovun təşəbbüsü ilə universitetdə təhsil alan səkkiz tələbə pulsuz göz əməliyyatı olunublar.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov qeyd edib ki, bu gün artıq səkkiz tələbə “Excimer” lazer göz əməliyyatı olunub: 

“Onlar aztəminatlı ailənin övladlarıdır. Bu tələbələrin laborator müayinələrindən tutmuş bütün əməliyyat xərclərinə kimi lazım olan hər bir şey universitet rəhbərliyinin təşəbbüsü ilə ödənilib. Əməliyyat zamanı gənclərin gözündə yüksək dərəcəli miyoplar aradan qaldırılıb və əməliyyat tam fəsadsız başa çatıb”.

Aksiya üç gün ərzində davam edəcək və bu müddətdə ümumilikdə 34 tələbənin əməliyyat olunacağı planlaşdırılır. Qeyd edək ki, ATU rəhbərliyinin təşəbbüsü ilə hər il mayın 10-da – ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümlərində də tələbələr üçün belə aksiyalar təşkil olunur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678