Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Samuxda qanunsuz balıq ovu edənlərə qarşı reyd keçirilib – VİDEO

116 Baxış

Samux rayonunda qanunsuz balıq ovuna qarşı reyd keçirilib. 

Azərbaycan Balıqçılar İttifaqı,  2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə birgə keçirilən reydlər zamanı bir daha sübut olunub ki, ölkənin su hövzələrində qanunsuz balıq ovu davam etdirilir. 

Monitorinqlər sübut etdi ki, xüsusi sintetik torlarla  balıqların ovlanması qadağan olunsa da, brokonyerlər tərəfindən bu qadağalara əməl edilmir. 

Aidiyyəti qurumlar tərəfindən qanunsuz qurğular və sintetik torlar Kür çayından təmizlənib. Məlum olduğu kimi aprel ayının 1-dən etibarən ölkə ərazisindəki çaylarda balıq  ovlanması qadağan edilib. Reydlər zamanı bu qadağalara əməl etməyən brokonyerlərin ərazidən qaçaraq uzaqlaşmaları da kameramızın obyektivindən yayınmadı.

Məlumat üçün bildirək ki, qanunsuz balıq ovu ilə bağlı monitorinqlər ölkənin bütün su hövzələrində aparılır.

Məqsəd bu aylarda kürü tökən balıqların kütləvi məhv edilməsinin qarşısını almaqdır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678