Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gəncədə şəhidlərin adı əbədiləşdirildi – VİDEO

122 Baxış

Gəncədə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə abidə kompleksi inşa edilir.  Abidə kompleksində I Qarabağ savaşı və 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizin, habelə Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində həlak olan mülki şəxslərin şəkilləri yer alacaq.  Abidə kompleksinin müəllifi, Əməkdar rəssam Şərif  Şərifovdur.  Abidə kompleksinin əsas mövsuzu qələbədir. Kompleksdə 44 günlük müharibənin xronikası ardıcıllıqla səlnamə şəklində özünü büruzə verir.

Kompleksin inşasına bir müddətdir ki, başlanılıb. Tikinti işlərində əsasən qranit mərmərdən istifadə ediləcək. Artıq işlərin bir hissəsi yekunlaşıb. 

Abidə kompleksinin bir neçə aya tam təhvil verilməsi gözlənilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678