Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Goranboyda piyada təhlükəsizliyi ilə bağlı reyd keçirildi, 15-ə yaxın sürücü cərimələndi – FOTO

118 Baxış

Goranboy rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, reyd zamanı keçidlərdə piyadalara yol verməyən sürücülər polislər tərəfindən müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Tədbirlər nəticəsində 15-ə yaxın sürücü məsuliyyətə cəl edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678