Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevirdə minik maşını yanıb, sahibi xəsarət alıb

129 Baxış

Mingəçevirdə minik maşını yanıb, sahibi yanıq xəsarətləri alıb.

APA xəbər verir ki, hadisə Səməd Vurğun meydanı yaxınlığında baş verib.

Belə ki, usta öz avtomobilində təmir apararkən maşın qəfil alovlanıb. Hadisə yerinə gələn FHN-nin yanğınsöndürmə briqadası yanğını söndürüb və maşının digər hissəsini yanğından mühafizə edib.

Hadisə zamanı maşının sahibi olan və şəhərdə “Usta Vəli” kimi  tanınan yaşlı kişi bədənin və üzün müxtəlif nahiyələrindən xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678