Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda güclü külək 31 ağacı aşırıb – FOTO

122 Baxış

Güclü külək ağacı maşının üzərinə aşırıb. 

Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. Ağac VAZ 2106 markalı 10 EV 595 dövlət nömrə nişanlı avtomobilin üzərinə düşüb. 

Nəticədə avtomobilə ziyan dəyib, xəsarət alan olmayıb. 

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Oxu.Az-a verilən məlumata görə, bu saata olan son məlumata görə, güclü külək səbəbindən paytaxt ərazisində 31 ağac aşıb. Onların yaratdığı fəsatlar aradan qaldırılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678