Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zəngilan hava limanının ərazisi minalardan təmizlənib – RƏSMİ

103 Baxış

“Kənd təsərrüfatı istiqamətində artıq 4 milyon kvadratmetrdən çox ərazi təmizlənib”.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov bildirib.

Onun sözlərinə görə, Zəngilan, Qubadlı və Ağdam rayonlarında təmizlənmə əməliyyatları olub. Bir neçə istiqamətdə isə təmizləmə əməliyyatları davam etdirilir.

“Zəngilan hava limanında 7.6 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib. Eyni zamanda, “Ağıllı kənd” layihəsi çərçivəsində Zəngilanın I Ağalı kəndinin 1 000 hektar ərazisinin partlayıcı qurğulardan təmizlənməsinə başlanılıb. Artıq 10 hektara yaxın ərazi tam olaraq təmizlənib”, – deyə İ.İsmayılov əlavə edib. 

ANAMA rəsmisi əlavə edib ki, qalan ərazi isə bu ayın sonu, ən gec gələn ayın əvvəli tam təmizlənib təhvil veriləcək.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678