Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Xarici diplomların tanınması üçün müraciət metodu sadələşdirildi

125 Baxış

Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınması ilə bağlı elektron ərizə sistemini vətəndaşlar üçün istifadə rahatlığı parametri üzrə daim təkmilləşdirir. Ərizəçilər tərəfindən daxil olan rəylər əsasında sistemdə müxtəlif innovativ həllər, əlavələr və dəyişikliklər edilir.

Bu barədə Oxu.Az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib. 

Agentlik bu silsilə addımlar çərçivəsində vətəndaşların indi tanınma üzrə daha da rahat  müraciət edə bilməsi üçün www.taninma.az keçidini istifadəyə verir.

Bu keçid vasitəsilə vətəndaşlar birbaşa Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi internet səhifəsinin tanınma bölməsinə daxil ola, proseslə bağlı ətraflı məlumatları əldə edə, müraciət edə və şəhadətnamələrini yoxlaya bilərlər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678