Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

60-dan çox şəxsin xarici diplomu Azərbaycanda tanınmayıb – SƏBƏB

125 Baxış

Təhsildə Keyfiyyət Təminatı Agentliyi aprel ayı üçün diplomların tanınması üzrə müraciətlərin statistikasını təqdim edib.

Agentlikdən verilən məlumata görə, aprel ayı üzrə 246 müraciətçinin 179-u barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 67 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 37, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 23, qeyri-ənənəvi təhsil formasında təhsil alması səbəbi ilə 3, digər səbəblər üzrə 4 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678