Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakının ən təhlükəli yollarından birində təhlükəsizlik artırıldı – FOTO

298 Baxış

Hövsan şosesinin Hövsan qəsəbəsi, Naximov Yaşayış Massivindən keçən hissəsində cib tipli avtobus dayanacaq məntəqələri və nizamlanan piyada keçidi təşkil edilib. 

Bu barədə Oxu.Az-a Bakı Nəqaliyyat Agentliyindən (BNA) məlumat verilib. 

Bildirilib ki, yaxınlıqda sıx məskunlaşmanın, ictimai-iaşə obyektlərinin olduğunu nəzərə alaraq, piyadaların, sərnişinlərin, o cümlədən əlilliyi olan şəxslərin rahatlığının, təhlükəsizliyinin, əlçatanlığının təmin edilməsi məqsədilə – dayanacaq məntəqələrində pavilyonlar quraşdırılıb, panduslar inşa edilib, piyada keçidlərinin nizamlanması məqsədilə çağırıcı qurğu ilə idarə olunan işıqforlar təşkil edilib, görmə məhdudiyyətli şəxslərin rahatlığı üçün panduslarda hissediləbilən döşəmələr, işıqforlarda isə səs qurğuları yerləşdirilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678