Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Füzuli sakinlərinin 27 illik həsrətdən sonrakı sevinci – VİDEO

157 Baxış

İşğal altında olan torpaqlarımız azad edildikcə, həmin rayon və kəndlərin doğma sakinlərinin də ürəyində sevinc yaranır. Elə Füzuli sakinləri kimi… Onların da torpaqları işğaldan azad edilib. 

Baku TV xəbər verir ki, hazırda Mingəçevirdə yaşayan ailənin sevinci sözlə ifadə olunmayacaq qədərdir. Söhbət Füzuli şəhərindən məcburi köçkün olan Məmmədovlar ailəsindən gedir.

Ailə başçısı Xudafir Məmmədov doğma elində kənd təsərrüfatı ilə, xüsusən də taxılçılıqla məşğul olurmuş. Onun həyat yoldaşı İradə xanım isə müəllim işləyib. Sevinci hədsiz olan ailə tezliklə doğma Füzuliyə qayıdacaqları günü gözləyirlər.

Ailənin böyük övladı Erland Məmmədovun Füzulidən çıxanda 6 yaşı olub. Sevincindən həyəcanlanan, kövrələn Erland öz elində, doğma Füzulidə uşaqlıq xatirələrini də unutmayıb.

Füzuliyə qayıdacaqları günə səbirsizlənən Xudafir Məmmədovun xanımı qaynanasından yadigar saxladığı şüşə meyvə qabını 27 ildir boş qoyub. İradə xanım həyətinə döndüyü gün onu meyvə ilə doldurub masaya gətirəcəyini deyir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678