Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

FMCG sektorunun azərbaycanlı rəhbəri yenidən beynəlxalq mükafata layiq görüldü – FOTO

296 Baxış

İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən “UN Council for Public Awards” (UNCOPA) təşkilatı özünün 3 may 2021-ci il tarixli qərarı ilə Şabanov İlkin İmran oğlunu ölkə iqtisadiyyatı və mədəniyyəti qarşısında xidmətlərinə görə “Avropa Sənaye Lideri” fəxri adı verilməklə “Gottfried Wilhelm Leibniz” medalı ilə təltif edib.

Xatırladaq ki, Şabanov İlkin İmran oğlu bundan əvvəl Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının mükafat komitəsi tərəfindən “TÜRK DÜNYASINDA İLİN İŞ ADAMI” fəxri adı verilməklə “Altın Yıldız” medalı ilə təltif olunub.

Qeyd edək ki, Şabanov İlkin İmran oğlu hal-hazırda Azərbaycanda FMCG (Fast moving consumer goods – Tez istehlak edilən gündəlik tələbat malları) sektorunda önəmli paya sahib “Delta Qrup C.O.” MMC-yə rəhbərlik edir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678