Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Paytaxtda növbəti iməcilik keçirildi – FOTO

120 Baxış

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə paytaxtın Nərimanov rayonundakı Məmməd Araz və Aşıq Molla Cümə küçələri boyunca olan ərazidə növbəti iməcilik təşkil edilib. 

Mövcud karantin rejiminin tələblərinə uyğun olaraq təşkil edilmiş aksiyada hər iki qurumun rəhbərləri, əməkdaşları və struktur bölmələrin işçiləri iştirak ediblər.

İməciliyin keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək burada 200 ədəd yeni, əsas etibarı ilə Eldar şamı, kiparis və digər ağaclar əkildi.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin doğum günündə keçirilən iməcilik bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.  

İməcilikdə əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarılma məsələləri həll edilib, cavabdehlər müəyyənləşdirilib.

Ay ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678