Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 98-ci ildönümü ilə bağlı silsilə tədbirlər həyata keçirib – FOTO

127 Baxış

“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər təşkil edilib.

Silsilə tədbirlər çərçivəsində təşkilat nümayəndələrinin, üzv və könüllülərin iştirakı ilə Fəxri Xiyabanda Ulu Öndərin xatirəsi yad edilib, Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub və gənclərin iştirakı ilə “Heydər Əliyev və Qarabağ” mövzusunda intellektual müsabiqə keçirilib.

Tədbirlər gənclərin vətənə məhəbbət, tarixi keçmişimizə hörmət və ehtiram ruhunda tərbiyə olunması, Heydər Əliyevin zəngin irsinin dərindən mənimsənilməsi, şərəfli və mənalı ömür yolunun, zəngin dövlətçilik təcrübəsinin və misilsiz xidmətlərinin öyrənilməsi məqsədilə təşkil olunub.

Heydər Əliyev Mərkəzinə ekskursiya təşkilat nümayəndələrinin, könüllülərin və bir qrup Vətən müharibəsi qazilərinin iştirakı ilə baş tutub. Mərkəzlə yaxından tanış olan gənclər, burada fəaliyyət göstərən muzeyi ziyarət edərək Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla və siyasi irsini təbliğ edən video, foto arxiv, sənədlərlə tanış olublar.

Eyni zamanda, gənclərin iştirakı ilə təşkilatın rəsmi feysbuk səhifəsində canlı yayım formatında “Heydər Əliyev və Qarabağ” mövzusunda intellektual müsabiqə keçirilib. Ən tez və doğru cavab verən 10 nəfər gənc iştirakçı müsabiqənin qalibi elan olunub və qiymətli hədiyyələr qazanıblar.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678