Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

30 illik vətən nisgilinə son: Qarabağda qayıdışın işığı yandı – VİDEO

236 Baxış

Azərbaycan Televiziyasında “Qayıdış işığı” adlı filmin təqdimatı olacaq.

Televiziyanın sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, Qarabağa qayıdışa həsr olunmuş film AzTV-nin istehsalıdır və mayın 15-i saat 21:00-da yayımlanacaq.

Filmdə yurduna qədəm qoyduğu ilk andan bu kəndlə bağlı olan xatirələri yaşlı kişini müşayiət edir.

Rejissor filmin süjet xəttini təşkil edən həmin xatirələrdə olan insanların obrazlarını tamaşaçıya səs və musiqi tandemi vasitəsilə təqdim edir. Simfonik orkestr ilə muğam sədaları filmi emosional baxımdan daha da gücləndirir.

Sonda obrazın öz evini tapması və ocağında çırağını yandırması ilə işğaldan azad olunmuş torpaqlardakı bütün evlərdə qayıdış işıqları yanır.

30 il yurd nisgili ilə yaşayan bir insanın dədə-baba ocağına qovuşmasından bəhs olunan filmin quruluşçu rejissoru Tahirə Hüseynova, ssenari müəllifləri Yaqub Əlioğlu və Tahirə Hüseynovadır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678