Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyada Gürcüstan vətəndaşı Azərbaycana aid saxta sənədlərlə saxlanıldı

107 Baxış

Rusiyanın Rostov əyalətində Gürcüstan vətəndaşı Elçin Osmanov saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

İstintaqla müəyyən olunub ki, həmin şəxs Rusiyada sərbəst şəkildə qalmaq, xaricə getmək üçün Azərbaycan vətəndaşına aid saxta pasport və sürücülük vəsiqəsindən istifadə edib.

E.Osmanov avtomobillə hərəkətdə olarkən dayandırılıb və saxta sənədləri təqdim edərkən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb. Gürcüstan vətəndaşını bir ilədək müddətə həbs cəzası gözləyir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678