Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İşğaldan azad edilən ərazilərə keçməyə cəhd edən çobanlar saxlanılıb

123 Baxış

Ağdamda işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 5 nəfər müəyyən edilib.
 
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Məlumata görə, mayın 13-ü səhər saat 6 radələrində polis əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı xırdabuynuzlu heyvanları otarmaq məqsədi ilə Hacıməmmədli kəndi ərazisindən Ağdam rayonunun işğaldan azad edilmiş ərazisinə keçməyə cəhd göstərən daha 5 nəfər saxlanılıb.
 
Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə gətirilib və onların barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678