Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Səngəçalda avtomobil qəzası: Xəsarət alanlar var

124 Baxış

Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Qarabağ rayonu, Səngəçal qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 2005-ci il təvəllüdlü Abışova Duyğu Rafiq qızı və 1988-ci il təvəllüldü Əhmədova Gülnarə Cavanşir qızı xəsarət alıb.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar, müayinə zamanı D. Abışovaya sol mil sümüyünün qapalı sınığı, G. Əhmədovaya sol mil-bilək oynağının sınığı diaqnozu qoyulub.

Avtomobil qəzası ilə bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678