Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

DSX-dən Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı AÇIQLAMA

113 Baxış

Dövlət Sərhəd Xidməti (DSX) son günlər Azərbaycan və Ermənistan sərhədində baş verənlərə münasibət bildirib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edildikdən sonra Ermənistanla dövlət sərhədində zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması davam etdirilir:

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən son günlər bu istiqamətdə baş verənlərlə bağlı rəsmi mövqe bildirilib. Hazırda da Azərbaycan və Ermənistan sərhəd mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə müzakirələr aparılır”.

Xatırladaq ki, 12 may tarixindən etibarən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəhbərliyi əraziyə ezam olunub, qarşı tərəfin sərhədçiləri ilə danışıqlar aparılır və vəziyyətin normallaşması istiqamətində müvafiq addımlar atılır.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678