Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu gün 32 yaşlı Vətən müharibəsi şəhidi Cəlil Xeyrullayevin doğum günüdür – FOTO

350 Baxış

Bu gün Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, Vətən müharibəsi şəhidi Cəlil Xeyrullayevin doğum günüdür.

Oxu.Az xəbər verir ki, şəhid Cəlil Mürvət oğlu Xeyrullayev 1989-cu ildə Quba rayonunun İkinci Nügədi kəndində anadan olub.

O, 1996-2007-ci illərdə II Nügədi 3№-li kənd tam orta məktəbində təhsil alıb. Cəlil Xeyrullayev 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

2012-ci ildən isə Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib, müxtəlif xüsusi təyinatlı dəstələrin üzvü olub. 

Hərbi xidməti zamanı o, 2012-ci ildə “Meşə qardaşları” adlandırılan terrorçu qrupun zərərsizləşdirilməsi əməliyyatlarına, həmçinin 2015-ci ildə Qubada və 2018-ci ildə Gəncədə baş tutan iğtişaşların qarşısının alınması tədbirlərinə qatılıb.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Cəlil Xeyrullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Cəlil Xeyrullayev oktyabrın 15-də Füzuli döyüşləri zamanı qəhrəmancasına döyüşüb və döyüş tapşırıqlarını yerinə yetirən zaman şəhid olub.

Şəhid C.Xeyrullayev doğulduğu Quba rayonunda torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Cəlil Xeyrullayev ölümündən sonra “Vətən uğrunda” medalı və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678