Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Narkotik vasitələrlə bağlı neçə cinayət faktı aşkarlanıb? – RƏSMİ

124 Baxış

2021-ci ilin birinci rübü ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2050 cinayət faktı aşkarlanıb. 

Bununla bağlı məlumat Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2021-ci ilin ilk üç ayı ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrinə dair hesabatında yer alıb.

Bildirilib ki, onlardan 747-si narkotik vasitələrin qanunsuz satışı, 1264-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 13-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 26-sı isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aidiyyəti orqanlar tərəfindən (ötən ilin müvafiq dövrü ilə müqayisə etməklə) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarınınqanunsuz dövriyyəsinə qarşı aparılmış mübarizə  tədbirlərinin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunda təhlil olunaraq ümumiləşdirilib.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə 1 ton 287 kq 819,817 qr narkotik vasitələrin və psixotrop maddə çıxarılıb. Bunlardan 656 kq 378,952 qramı heroin, 326 kq 541,49 qramı marixuana, 147 kq 157,972 qramı tiryək, 25 kq 734,08 qramı həşiş, 89,679 qramı kokain, 29 kq 418,755 qramı metamfetamin və 637,84 qramı digər narkotik vasitələr, 101 kq 861,049 qramı psixotrop maddələr təşkil edib.

Həmçinin göstərilən dövr ərzində 5 kq 881,85 qram güclü təsir edən maddələr, 4,05 qram zəhərli maddələr qanunsuz dövriyyədən götürülüb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678