Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sumqayıt-Pirşağı-Bakı qatarının qrafiki sıxlığa səbəb oldu: Sərnişinlər etiraza qalxdı – VİDEO

106 Baxış

Sumqayıt-Pirşağı-Bakı qatarında sərnişin sıxlığı pik həddə çatıb.

Oxu.Az xəbər verir ki, səhər saatlarında Sumqayıtdan Bakıya gələn sərnişinlər paytaxtdakı dəmir yolu vağzalında vəziyyətdən şikayətçi olduqlarını dilə gətiriblər. 

İlkin ehtimal olaraq sərnişin sıxlığı bu istiqamətdə qatarların sayının azaldılması ilə əlaqələndirilir.

Sərnişinlər bu sıxlığın karantin dövründə doğru olmadığını və xəttə yeni qatarların buraxılmasını tələb ediblər. 

Qeyd edək ki, mayın 16-dan Bakı-Xırdalan-Sumqayıt qatarının fəaliyyətinin bərpa olunması ilə əlaqədar Bakı-Pirşağı-Sumqayıt qatarlarının qrafiki dəyişirilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678