Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda bu gün evlənən cütlük nikah şəhadətnaməsini itirdi – FOTO

392 Baxış

Azərbaycanda bu gün evlənən cütlüyün nikah şəhadətnaməsi itib.

Oxu.Az xəbər verir ki, hadisə paytaxt ərazisində qeydə alınıb.

Belə ki, mayın 17-də 1996-cı il təvəllüdlü Quliyev Azər Xəqani oğlu ilə 1998-ci il təvəllüdlü Salamova Gülnaz Ağaməmməd qızı arasında Bakıda yerləşən 2 saylı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində nikah bağlanılıb.

Amma mərkəzdə cütlüyə verilən nikah şəhadətnaməsi onlar evlərinə gedən zaman itib.

Cütlüyə aid şəhadətnəmə sonradan paytaxtın Xətai rayonunda, “Nargilə” kimi tanınan ərazidə tapılıb. Hazırda şəhadətnaməni tapan vətəndaş onu sahiblərinə təqdim etmək üçün cütlüyü axtarır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678