Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Aqrar İnkişaf Könüllüləri şimal qonşumuzda ölkəmizi təmsil edəcək

113 Baxış

Azərbaycan Könüllü Təşkilatları İttifaqının əlaqələndirməsinin nəticəsi olaraq “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı 19-20 may tarixlərində şimal qonşumuz Rusiyanın paytaxtı Moskvada keçiriləcək “Beynəlxalq Biznes Oyunu”nun final mərhələsində ölkəmizi təmsil edəcək. Rusiya Kənd Gəncləri Birliyinin təşkil etdiyi Beynəlxalq Biznes Oyununda Aqrar İnkişaf Könüllüləri komandası Azərbaycan nümayəndəliyi olaraq ilkin mərhələlərdə iştirak edib və “Beynəlxalq Biznes Oyunu”nun final mərhələsinə vəsiqə qazanıb.

Fərqli layihələrlə, proqramlarla könüllülərin şəxsi inkişafında hər zaman müstəsna rol oynayan “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının “Mushroomland” layihəsinin əsas məqsədi göbələk ticarətində mümkün iş və inkişaf perspektivlərinin təhlili sahəsində araşdırmaların aparılmasıdır.

Hazırda süni şəkildə yetişdirilən göbələklərə tələbat durmadan artır. Son dönəmlər ölkəmizdə göbələk istehsalının artımı müşahidə olunur. Azərbaycanda göbələk istehsalı Avropadakından fərqlənmir. Ölkəmizdə orta hesabla adambaşına ildə 1 kq, Avropada isə ildə 5-6 kiloqram göbələk yeyilir. Bu statistika Azərbaycanın göbələk bazarının inkişaf mərhələsində olduğunu göstərir.

Qeyd edək ki, Azərbaycanla yanaşı “Beynəlxalq Biznes Oyunu”nda Almaniya, Belarus, Rusiya, Qırğızıstan, Qazaxıstan və Ermənistan da mübarizə aparacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678