Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Deputat onun yazdıqlarına reaksiya verməyənləri təhqir etdi

104 Baxış

Milli Məclisin deputatı Etibar Əliyev sosial şəbəkədə paylaşdıqlarına reaksiya verməyənləri təhqir edib.

Oxu.Az-ın məlumatına əsasən, E.Əliyev “Facebook” hesabında yazıb ki, kim onun paylaşımlarına münasibət bildirmək istəmirsə, dostluğunu tərk etsin.

“Bunu etməyən şəxsi vicdansız hesab edirəm”, – deyə E.Əliyev əlavə edib.

O bildirib ki, yük olmaq lazım deyil, bundan sonra təhsil və elm barədə ciddi paylaşımlar edəcək.

“Dostluq üçün çoxsaylı müraciətlər var. Əks təqdirdə inciməyin, özüm dostluqdan çıxaracağam”, – deyə E.Əliyev xəbərdarlıq edib.

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678