Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakı-Şamaxı yolunda ağır qəza: Xəsarət alanlar var

163 Baxış

Bakı-Şamaxı yolunda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Çələbiyev Müşfiq Rafiq oğlu və 1947-ci il təvəllüdlü Bağırov Elşad Əsədulla oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

M.Çələbiyevə sol bazu nahiyəsinin əziyi, E.Bağırova isə boyun nahiyəsinin əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678