Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qarabağa Böyük Qayıdış Planları ilə bağlı sorğunun nəticələri açıqlandı

113 Baxış

Sosial Tədqiqatlar Mərkəzi (STM) “İnam indeksi” jurnalının 5-ci sayında bildirilir ki, respondentlərin 81,8 %-i postmüharibə dövrü üçün Qarabağda Böyük Qayıdış planları (təşəbbüsləri) ilə bağlı verilən qərarları (mesajları) müsbət, 1,6 %-i mənfi qiymətləndirib.

Bu barədə Oxu.Az-a STM-dən məlumat verilib.

7,5 % respondent isə neytral mövqe sərgiləyib. Sorğuda iştirak edənlərin 8,4 %-i isə Böyük Qayıdış planları (təşəbbüsləri) ilə bağlı verilən qərarlar haqqında heç bir məlumatının olmadığını bildirib.

Respondentlər tərəfindən Vətən müharibəsi şəhidlərinin ailələri, veteranları və iştirakçıları ilə bağlı dövlət siyasətində həmin ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının (74 %), həmin ailələr üçün aylıq təqaüdün miqdarının artırılmasının (70,8 %), sosial problemlərinin həll edilməsinin (69,4 %), müharibədə yaralananların müalicə üçün xarici ölkələrə göndərilməsinin (67,7 %), orden və medalların təsis olunması və silahlı qüvvələrin şəxsi heyətinin qəhrəmanlıqlarının yüksək qiymətləndirilməsinin (61 %), əlillik dərəcələrinin düzgün təyin edilməsi (63,3 %) və vaxtında müəyyən olunmasının (67,6 %), müxtəlif səviyyələrdə imtiyazların verilməsinin (55,8 %), onlarla aidiyyəti orqanların rəhbərlərinin birbaşa görüşlərinin keçirilməsinin (51 %), həbsdə olan yaxınlarının əfv edilməsinin (37,7 %) daha obyektiv nəzərə alınması qeyd olunub. Sorğuda iştirak edənlərin fikrincə, Prezidentin azad edilmiş ərazilərə səfərləri Qarabağın dirçəlişinin və qayıdışın tezliklə reallaşmasının (61,7 %), Ali Baş Komandanın bütün quruculuq tədbirlərinə bilavasitə rəhbərlik etməsinin (61 %), Azərbaycanın ərazi bütövlüyünün təminatının (59,8 %), Prezidentin tarixi abidələrə xüsusi önəm verməsinin (59,6 %), işğaldan azad olunmuş ərazilərimizdə sabitlik və təhlükəsizliyin təminatının (58,9 %), Böyük Qayıdışa Prezidentin verdiyi əhəmiyyətin (58,4 %), vətənə, xalqa, milli-mənəvi, tarixi və mədəni dəyərlərə verilən xüsusi önəmin (54,3 %), bütün dünya azərbaycanlılarını Qarabağın dirçəlişinə cəlb etməsinin (54,6 %), işğaldan azad edilmiş ərazilərin inkişafını və bölgəyə investisiya yatırımını stimullaşdırmasının (50,3 %), Ermənistandakı qüvvələrə və onların havadarlarına xəbərdarlığının (48,3 %) və informasiya müharibəsinə töhfə verməsinin (36,3 %) göstəricisidir. Prezidentin qələbə tonqalını Şuşada, Cıdır düzündə qalamasını 73.9 % respondent qələbə, 72 %-i şəhidlərimizin qanı ilə qazanılmış Şuşa zəfərinin təntənəsi/qələbə simvolu, 65.2 %-i Şuşanın Azərbaycanın mənəvi-mədəni paytaxtı olmasının dünyaya nümayişi, 64.7 %-i vətənpərvərlik, 62.2 %-i torpaq və bayraq sevgisi, 58.9 %-i Prezidentin dəyər və ənənələrimizə sadiqliyi, 58.9 %-i milli birlik, 58.4 %-i ərazi bütövlüyü, 57.4 %-i həmrəylik, 54.3 %-i tarixi irsin xilası, 49.6 %-i Qarabağda bərpa və quruculuq strategiya və planları kimi dəyərləndirib, bununla Prezidentin dünyaya mesajlar verdiyini bildiriblər. Qarabağa qayıdışın ölkə başçısı üçün prioritet olması fikri ilə respondentlərin 84,6 %-i tam, 12,2 %-i qismən razıdır.

Prezidentin tarix və mədəniyyət abidələrinin bərpası ilə bağlı fəaliyyətinə münasibət bildirən respondentlərin 73,9 %-i düşünür ki, Prezidentin Azıx mağarasına getməsi işğaldan azad edilmiş bütün ərazilərimizdəki tarix və mədəniyyət abidələrinin bərpa ediləcəyindən xəbər verir.

Sorğuda iştirak edənlərin 68,9 %-i Prezident İlham Əliyevi Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı Heydər Əliyev siyasətinin layiqli davamçısı kimi görür.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678