Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Baş travmatoloq: “Avtomobil qəzaları ilə bağlı ölüm sıfıra bərabər olmalıdır”

122 Baxış

Ölkəmizdə avtomobil qəzalarında hər 100 min nəfərdən 2018-ci ildə 79, 2019-cu ildə isə 83 nəfər dünyasını dəyişib.

Bu barədə Səhiyyə Nazirliyinin baş travmatoloqu İlqar Qasımov məlumat verib.

O bildirib ki, ümumi dəyərləndirsək, ortopediya və travmatologiya sahəsində aparılan əməliyyatlar ağırdır:

“Onurğa cərrahiyyəsi – bu travmalar uzun saat baş tutan əməliyyatlardır. Daha sonra çanaq sınıqları çox ağır əməliyyatlardan sayılır. Çünki daxili orqanlar var və multidissplinar yanaşma tələb edir. Ümumi cərrahla, uroloqla yanaşı aparılmalı əməliyyatlar sırasındadır. Süni oynaq əməliyyatları qısa zaman çəksə də çox dəqiqlik və həssaslıq tələb edən əməliyyatlar arasındadır. Əl, mikrocərrahiyyə 17 saata bərabər əməliyyatlardır və həkim bir bir damarları tikir.

Travmatologiya və ortopediya çox bahalı və çətin sahədir. Məsələn bəzən müraciətlərə baxırıq avtomobil qəzaları nəticəsində baş verən qalıcı travmalar və ölüm halları bizi çox məyus edir. Düşünürəm ki, yol hərəkət qanunları, sürət həddi ölkəmizdə çox yaxşı tənzim olunub. Niyə bizə müraciətlər bu ehtiyatsızlıqdan olmalıdır. Bizdə yol qəzaları ilə bağlı ölüm sıfıra bərabər olmalıdır”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678