Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yevlaxda şəhidlərin xatirəsinə abidə ucaldılıb – FOTO

112 Baxış

Yevlax rayonunun Salahlı kəndində Birinci Qarabağ müharibəsi və Vətən Müharibəsində şəhid olmuş kənd sakinlərinin xatirəsinə ucaldılan Şəhidlər abidəsinin açılışı olub.

Bu barədə Oxu.Az-a Yevlax Şəhər İcra Hakimiyyətindən məlumat verilib. 

Bildirilib ki, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, müharibə veteranları, kənd sakinləri əvvəlcə Şəhidlər abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri düzüb, Vətən uğrunda şəhid olan oğulların xatirəsini ehtiramla yad ediblər. 

Tədbirdə 44 günlük Vətən müharibəsində Şanlı Qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd edilib. 

Tədbirdə çıxış edənlər Azərbaycan ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər. Həmçinin qeyd edilib ki, Şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.

Sakinlər şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678