Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qarabağ bölgəsində iki qoruq birləşdirilə bilər – RƏSMİ

133 Baxış

“İşğaldan azad edilən ərazilərdəki qoruqların sərhədlərinin müəyyən edilməsi ilə bağlı işlər davam etdirilir”.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev bildirib. 

Onun sözlərinə görə, mina və partlamamış sursatlardan təmizlənmiş ərazilərdə artıq müəyyən işlər görülüb: 

“İlkin olaraq planda “Bəsitçay” və “Arazboyu” qoruqlarının birləşdirilməsi məsələsi var. Bu qoruqlar bir-birinə yaxındır. Ona görə də həmin qoruqların birləşdirilməsi məsələsi gündəmdədir. Hələlik bununla bağlı real addım atılmayıb. Əsas məqsədimiz azad edilən ərazilərdə milli parkların yaradılmasıdır ki, vətəndaşlarımız həmin ərazilərə səfər edə bilsinlər”.

“Qoruq və yasaqlıqda müəyyən məhdudiyyətlər var. Amma biz işğaldan azad edilən ərazilərdə elə bir mühafizə olunan təbiət ərazisi yaratmaq istəyirik ki, vətəndaşlar ora gedə bilsinlər”, – deyə F.Əliyev qeyd edib.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678