Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qarabağda yeni xüsusi mühafizə olunan təbiət əraziləri yaradılacaq – RƏSMİ

118 Baxış

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova yerli və xarici turistlərə çağırış edib.

Oxu.Az-ın məlumatına görə, o bildirib ki, 22 may tarixi bütün dünyada bilik müxtəlifliyi günü kimi qeyd edilir:

“Bununla bağlı BMT- nın Bioloji Müxtəliflik Konvensiyası var. Azərbaycan də həmin konvensiyaya üzvdür. Nazirlik hər ilin bu günü müəyyən devizlərlə tədbirlər keçirir. Bu səbəbdən “Çözüm özümüzdədir” devizi altında yeni tədbir keçiririk. Bu gün artıq ölkədəki milli park və qoruqlarda bioloji müxtəlifliyin qorunması ilə bağlı tədbirlər və maarifləndirmə işləri keçirilir.

Şirvan milli Parkında isə daha böyük və fərqli bir tədbir keçiririk. Burda həm uşaqların əl işlərindən ibarət sərgi təşkil olunur, həm Azərbaycanın qədim sənətlərindən olan toxuculuq sahəsi, xalçalar nümayiş olunur, həm də mövsümi meyvələrin satışı və orqanik məhsulların nümayişi təşkil edilir.

Bununla yanaşı, tədbirdə həmçinin biologi müxtəlifliyin qorunması ilə bağlı açıq havada təlimlər və azyaşlılar üçün intellektual oyunlar da keçiriləcək.

Biz yerli və xarici turistləri milli parka dəvət edirik, onları asudə vaxtlarını burada keçirməyə səsləyirik. Hər kəs bu tədbirə qoşula bilər. Vətəndaşlarımızı Azərbaycan təbiəti ilə tanış olmaqla təbiətin qorunmasında birlik nümayiş etdirməyə dəvət edirik”.

“Eyni zamanda, nadir və nəsli kəsilmək təhlükəsi ilə üz-üzə olan bioloji növlərin (ceyran, zubr və s.) artırılması istiqamətində onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunaraq populyasiyalarının bərpası həyata keçirilib”, – deyə o əlavə edib.

A.Səmədova onu da qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə gələcəkdə xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi, o cümlədən yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması da nəzərdə tutulub.

Qeyd edək ki, planetin bioloji irsinin mühafizəsi sahəsində dünya ölkələrinin əlaqələndirilmiş şəkildə fəaliyyətinin həyata keçirilməsi məqsədilə 1992-ci ildə Keniyanın Nayrobi şəhərində əsası qoyulan Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikası 2000-ci ildə qoşulub və həmin ildən etibarən hər il 22 may tarixi ölkəmizdə də Beynəlxalq Biomüxtəliflik günü kimi qeyd olunur. 

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678