Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İçərişəhər ərazisində soyğunçuluq edən şəxs saxlanılıb – FOTO/VİDEO

118 Baxış

Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı rayon ərazisində soyğunçuluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Natiq İsrafilov saxlanılıb. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Araşdırma zamanı məlum olub ki, qeyd edilən şəxs İçərişəhər ərazisində yerləşən evlərdən birinin həyətinə daxil olaraq orada olan pul kisəsini götürdükdən sonra hadisə yerindən yayınıb. Zərərçəkən polisə məlumat verərək pul kisəsində 14 000 rus rublunun olduğunu bildirib. Polis əməkdaşları tərəfindən qısa zamanda saxlanılan Natiq İsrafilov hadisəni etiraf edib.

Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir. 

Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Səbail RPİ-nin 9-cu Polis Bölməsinə, ərazi üzrə polis orqanlarına, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678