Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Su quyularının naqillərini oğurlayan şəxslər saxlanılıb

118 Baxış

Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində artezian quyularını elektrik enerjisi ilə təmin edən naqilləri oğurlayan şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları xidmətdə olan zaman rayon ərazisindəki Sukanal İdarəsinə məxsus artezianı elektrik enerjisi ilə təmin edən naqilləri oğurlayan şəxsləri aşkarlayıblar. Həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətirilib. 

Araşdırmalarla cinayət əməlini törədən şəxslərin Tərtər rayon sakinləri Əkbər İsmayılzadə və bir yeniyetmə olduğu müəyyən edilib.

Hazırda Tərtər RPŞ-də faktla bağlı araşdırmalar davam etdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678