Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vətən müharibəsi zamanı evləri zərər görən Gəncə sakinləri şikayətçidirlər – VİDEO

111 Baxış

Gəncə şəhərinin mərkəzində yerləşən doqquzmərtəbəli yaşayış binası Ermənistan silahlı qüvvələri tərəfindən 11 oktyabr tarixində Gəncə şəhərinin raket atəşinə tutulması zamanı zərər görən tikililərdən biridir. Daha dəqiq desək ballistik raket yaşayış binasının təxminən 300 metrliyinə düşüb. 

Sakinlərin sözlərinə görə, məlum hadisədən sonra yaşayış binasında ciddi problemlər yaranıb. Divarlarda çatlar əmələ gəlib, yağışlı havalarda isə su evə dolur. Onlar bildirir ki, binaya dəyən ziyanın hesablanması ilə bağlı rəsmi araşdırma aparılıb, aidiyyəti qurumların rəsmiləri binaya baxış keçirib və lazımı qeydiyyatları aparıblar. Hətta hər kəsin mənzilinə ayrı-ayrılıqda baxış keçirilib. Lakin yeddi aydır ki, nə sakinlərə dəyən ziyanın kompensasiyası verilir, nə də binanı təmir edən tapılır.

Məlumat üçün bildirək ki, yaşayış binası 36 mənzillidir. Hazırda burada 24 ailə yaşayır. Binanın dam örtüyü də yararsız vəziyyətdədir.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən bildirildi ki, Vətən müharibəsi zamanı Gəncə şəhərində vətəndaşlara dəyən ziyanın hesablanması yaradılan xüsusi komissiya tərəfindən aparılır. Bu məqsədlə işçi qrupu da yaradılıb. Hazırda isə komissiya fəaliyyətini davam etdirir. 

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678