Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qurumların razılaşdırılmamış fəaliyyəti: Yolda edilən dəyişiklik Bakıda hərəkəti iflic etdi – FOTO

112 Baxış

“Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsində Bakı Nəqliyyat Agentliyinə əvvəlcədən məlumat verilmədən dəyişiklik edilib”. 

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb.

O bildirib ki, Ə.Əliyev küçəsindən gələn nəqliyyat vasitələrinin Neftçilər prospekti-Dəniz vağzalı istiqamətində yolun geriyə dönmək üçün nəzərdə tutulan hissəsi bağlanıb:

“Azneft” dairəsi istiqamətində isə yol daraldılıb. Nəticədə qeyd olunan hissədə “butulka boğazı effekti” yaranıb.

Bu səbəbdən də səhər saatlarından hazırkı vaxtadək Neftçilər prospekti, Z.Əliyeva, Ü.Hacıbəyov, Y.Səfər, A.Cəlilov, eləcə də digər mərkəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər yaranıb”.

“Bir daha bildiririk ki, paytaxt ərazisində nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir dəyişiklik planlı şəkildə olmaqla, Bakı Nəqliyyat Agentliyi ilə razılaşdırılmaqla həyata keçirilməlidir. Müvafiq razılaşdırma və koordinasiyasız olunan dəyişiklik bu cür xoşagəlməz nəticələrə səbəb olur.

Bu isə hərəkət iştirakçılarının, xüsusən də ictimai nəqliyyat istifadəçilərinin lüzumsuz yerə tıxacda qalaraq vaxt itirməsinə səbəb olur”, – deyə o əlavə edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678