Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan şirkəti dünya nəhəngi ilə əməkdaşlığa başladı

125 Baxış

“ADY Express” şirkəti Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri ilə növbəti yüklərin daşınmasına start verib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin yanında “ADY Ekspress” MMC-dən Oxu.Az-a verilən məlumata əsasən, Rusiyanın nəhəng sənaye şirkətlərindən sayılan “Meçel” ilə əməkdaşlığa başlanılıb.

Əməkdaşlığa dair razılaşma, aprel ayında Moskvada keçirilən “TransRussia – 2021” nəqliyyat və logistika sərgisi çərçivəsində aparılan danışıqlar zamanı əldə olunub. Beləliklə, “Meçel-Trans” şirkəti ilə “ADY Express” MMC arasında müqavilə imzalanıb.

“ADY Express” “Meçel” şirkətinə məxsus məhsulların Gürcüstana nəqlini həyata keçirəcək. Artıq ilk yükdaşıma baş tutub. Rusiyanın “Beloretsk” stansiyasından göndərilən polad tellər yükü, 3 241 kilometr məsafəni qət edərək, Gürcüstanın Tbilisi-Tovarnaya stansiyasına çatdırılıb.

Qeyd edilib ki, “Meçel” dünyanın TOP-10 metalurji kömür istehsalçılarından biridir və Rusiyada ən böyük xüsusi polad və ərintilər istehsalçısıdır. “Meçel” şirkəti kömür mədənçiliyi, metallurgiya, enerji və logistika sahəsində 20-dən artıq müəssisəni birləşdirir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678