Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Prezidentin köməkçisindən idman zalları ilə bağlı XƏBƏRDARLIQ

113 Baxış

“Yoluxma risklərinin azaldılması məqsədi ilə açılacaq idman sağlamlıq obyektlərindəki çalışan işçilərinin immunitet sertifikatı və koronavirus (COVID) pasportunun tələb olunması nəzərdə tutulur”.

Oxu.Az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, bu tələb iyulun 1-dən tətbiq olunacaq:

“Açılacaq obyektlərdə 80 faiz işçilərin immunitet sertifikatı və COVID pasportu yoxdursa, xəbərdarlıq ediləcək, hətta o zallar bağlana bilər”.

O əlavə edib ki, Azərbaycanda koronavirusla bağlı yumşalmalar bugünki sabit vəziyyətin nəticəsidir:

“Bu o demək deyil ki, pandemiya bitib. Rəqəmlər atmağa başlasa, müvafiq məhdudiyyətlərin tətbiq olunmasına məcbur olacağıq”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678