Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanlı məktəblilər Qazaxıstanda keçirilən festivalda qalib oldu

110 Baxış

Qazaxıstanın Almatı şəhərində məktəblilər arasında “IT Stars 2021” II onlayn beynəlxalq gənclər festivalı keçirilib. 

Təhsil Nazirliyindən verilən məlumata görə, festivala Azərbaycan, Qazaxıstan, Rusiya, Belarus və Qırğızıstandan ümumilikdə 420 məktəbli qatılıb. 

Ölkəmizi yarışmada 25 məktəbli təmsil edib. Onların arasından 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dörd dərnək üzvü “Proqramlaşdırma”, “Şən və hazırcavablar”, “Kompüterdə sürətli yazı”, “Məni təəccübləndir” nominasiyaları üzrə qalib olub.

Qaliblər təşkilatçılar tərəfindən diplomlarla təltif olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678